Elm və təhsil

Pedaqoji Universitetdə “Qurtuluş” tamaşası nümayiş olunub

Pedaqoji Universitetdə “Qurtuluş” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi tərəfindən teatrın direktoru, şair-dramaturq İftixar Piriyevin “Qurtuluş” pyesinin tamaşası nümayiş etdirilib.

Tədbirdə ADPU rəhbərliyi, professor-müəllim və tələbə kollektivi ilə yanaşı, universitetdə ekskursiyada olan İmişli, Beyləqan, Saatlı və Sabirabad məktəbliləri də iştirak ediblər.

​“Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində nümayiş etdirilən tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, müasir Azərbaycanın parlaq səhifələrini yaradan görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub.

Tamaşanın quruluşçu rejissor və tərtibatçı rəssamı İftixar Piriyev, rejissor assistenti İmaməli İmaməliyevdir. ​Tamaşa universitet kollektivi, tələbələr və məktəblilər tərəfindən maraqla qarşılanıb.