Sentyabrın 26-da Prezident İlham Əliyev Saatlı rayonunda Heydər Əliyev Muzeyinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, muzeylə tanış oldu.
Milli memarlıq üslubunda tikilmiş, sahəsi 223 kvadratmetr olan muzeyin ekspozisiya salonunun 8 bölməsində ulu öndərin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən 219 eksponat, o cümlədən fotoşəkillər, kitablar, müxtəlif sənədlər toplanmışdır. Ümummilli liderin müxtəlif dövrlərdə Saatlı rayonuna səfərlərinə və keçirdiyi görüşlərə dair fotoşəkillər diqqəti cəlb edir. Burada 5 nəfər işlə təmin olunmuşdur.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı.