Ölkə Başçısı Saatlıda

Prezident İlham Əliyev Saatlıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Saatlıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Saatlı rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Ümumi sahəsi 5,6 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait vardır.