Elm və təhsil

Saatlı məktəblərində "Zəfər Günü" ilə əlaqədar tədbirlər keçirilib

Saatlı məktəblərində

44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbirlərdə Şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, valideynlər, müəllimlər iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirlərdə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, Vətən müharibəsində şanlı ordumuzun keçdiyi zəfər yolunu əks etdirən çıxışlar və videoçarx izlənilib.