Cəmiyyət

Saatlı polisi vətəndaşın itirdiyi pul kisəsini, qızıl-zinət əşyalarını və plastik kartlarını taparaq özünə qaytarıb

Saatlı polisi vətəndaşın itirdiyi pul kisəsini, qızıl-zinət əşyalarını və plastik kartlarını taparaq özünə qaytarıb

Saatlıda polis əməkdaşları rayon ərazisində vətəndaşın itirdiyi pul kisəsini, qızıl-zinət əşyalarını və plastik kartlarını taparaq özünə qaytarıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları, polis serjantları Samir Cahangirov və İbadət Abdullayev rayon ərazisində xidmət aparan zaman içərisində sənədlər, qızıl-zinət əşyaları, pul və plastik kartlar olan pul kisəsi aşkarlayıblar.

Polis əməkdaşları dərhal pul kisəsini RPŞ-nin Növbətçi hissəsinə təqdim ediblər və həmin əşyaların sahibinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib.

Qısa müddət ərzində həmin pul kisəsinin rayonun Heydərabad kənd sakini S.Abasovaya məxsus olduğu müəyyən edilib və həmin xanım RPŞ-nə dəvət olunaraq şəxsi əşyaları ona təqdim olunub.

Pul kisəsinin təhvil alan zaman həmin xanım başına gələn hadisə ilə bağlı həyəcan keçirdiyini, lakin Vətəninə şərəflə xidmət edən polis əməkdaşlarının ona məxsus əşya və pulları taparaq qaytardıqlarına görə çox sevindiyini bildirib. S.Abasova Azərbaycan polisinə öz təşəkkürünü çatdırıb.