Ümumi

Saatlı rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Günəşli kəndində keçirilmişdir

Saatlı rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Günəşli kəndində keçirilmişdir

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Günəşli kəndində səyyar qəbul-görüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Sosial şəbəkələrdə paylaş: