Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azadkənd kəndində səyyar qəbul-görüş keçirmişdir.
Qəbula gələn vətəndaşların müraciətləri dinlənilmiş, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması məqsədilə aidiyyəti nazirlik və komitələrə müraciət olunması üçün təşkilat rəhbərlərinə, yerli icra və bələdiyyə orqanlarına icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.