Sakinlərin qəbulu

Saatlı rayonu Bəylər kəndində səyyar qəbul-görüş keçirilib

Saatlı rayonu Bəylər kəndində səyyar qəbul-görüş keçirilib

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Bəylər kəndində səyyar qəbul-görüş keçirmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Sakinləri salamlayan Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov "Heydər Əliyev ili" çərçivəsində rayonda görülən işlər və həyata keçirilən silsilə tədbirlər barədə geniş məlumat verdi. İcra başçısı həmçinin qəbullar və vətəndaş müraciətlərinin operativ həllinə dair statistika bölüşdü və bildirdi ki, müraciətlərin əksəriyyəti öz müsbət həllini tapır. Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş etdi.

Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Nəsirov Aslan, Muradov Fərhad, Rüstəmov Qiyas və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.