Sakinlərin qəbulu

Saatlı rayonu Çolpı kəndində səyyar qəbul-görüş keçirilib

Saatlı rayonu Çolpı kəndində səyyar qəbul-görüş keçirilib

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Çolpı kəndində səyyar qəbul-görüş keçirmişdir.

Görüşdə RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak etmişlər.

Problemlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıq verdi. Bir sıra məsələlər isə yerində həll olundu. Kənd sakinləri onların problemlərin həlli ilə bağlı yerlərdə keçirilən görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.