Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun Nəsimikənd kənd sakinləri ilə səyyar görüş keçirmişdir. Görüşdə Saatlı rayon Polis şöbəsinin rəisi Azər Tağıyev, DTX-nin Saatlı rayon şöbəsinin rəisi Nadir Bağırov, RİHB aparatının məsul işçiləri, rayonun idarə və təşkilat rəhbərləri, yerli sakinlər iştirak edib.
Görüşü Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov açaraq bildirib ki, əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən sərəncamların əhəmiyyətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından, həmçinin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı qarşıda duran digər vəzifələrdən danışmış, kənd sakinlərinin sosial problemləri və müraciətləri ilə bağlı müvafiq qurumların rəhbərlərinə lazımi tapşırıqlar vermişdir.
Sonda vətəndaşlar, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, Saatlı RİHB-nın səyyar qəbulu rayonun digər kəndlərində qrafikə uyğun keçiriləcəkdir.