Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Qaracalar kəndində səyyar qəbul-görüş keçirmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul zamanı xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının təmin olunması məqsədilə yaradılmış "Rəqəmsal İcra Hakimiyyəti" portalı haqqında məlumat vermiş və kənd sakinlərinə portaldan istifadə qaydasını izah etmişdir.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilmiş, bəzi məsələlər yerindəcə öz həllini tapmışdır. Həlli vaxt tələb edən məsələlər isə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilərək nəzarətə götürülmüşdür.