Ümumi

Saatlı rayonu qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərdi

Saatlı rayonu qardaş Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 6 fevral 2023-cü il tarixdə Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə qardaş ölkəyə genişmiqyaslı yardım kampaniyasına başlanılmışdır.

Saatlı Rayon İcra Hakimyyəti də yardım kampaniyasına qoşularaq 13 fevral 2023-cü il tarixdə 2 ton ərzaq məhsulları, 800 ədəd geyim dəsti, 10 elektrik qızdırıcısı, 8000 ədəd müxtəlif növ tibbi ləvazimatlar və dərman preparatları Hacıqabul rayonundan tır vasitəsilə qardaş Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə yola salınmışdır.

Bundan əlavə yardım kampaniyası çərçivəsində Saatlı rayonundan 3 kiçik tutumlu yük maşını və 1 ədəd tır vasitəsilə ilə müxtəlif ləvazimatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilən yardım kampaniyası üçün Bakı İdman Sarayındakı yardım toplama məntəqəsinə yola salınmışdır. Zəlzələnin baş veridyi ilk gündən Humanitar yardım kampaniyasına qoşulan rayon ictimaiyyətin nümayəndələri, gənclər, iş adamları, idarə və müəssisələrin əmək kollektivləri aktiv şəkildə iştirak etmiş, “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan sevincli günlərində olduğu kimi, kədərli günlərdə də bir və barəbər olduqlarının bariz nümunəsini göstərmişlər.

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması hər bir vətəndaşımız kimi, Saatlı rayon sakinlərini də dərindən sarsıdıb. Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olan insanlara Allahdan rəhmət diləyir, onların yaxınlarına və türk xalqına başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq.