Saatlı rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov tərəfindən vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Sarıcalar kəndində səyyar-qəbul görüşü keçirilib.
Görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.