Ərazi və əhali
Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 94,0 nəfərə bərabərdir. İlkin məlumata əsasən 2024-cü il iyul ayının 1-i vəziyyətinə rayonun əhalisi 110750 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir.
Əhalinin 20,2 min nəfəri və ya 18,2 faizi şəhər yerlərində, 90,5 min nəfəri və ya 81,8 faizi isə kənd yaşayış məntəqələrində yaşayır. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsinə əsasən əhalinin 88,9 faizini azərbaycanlılar, 11,1 faizini isə digər millətlər təşkil edir.
Doğum və ölüm
2024-cü ilin yanvar-iyun aylarında rayonda 467 nəfər körpə doğulmuş və 272 nəfər ölən qeydə alınmışdır. Vəfat edənlərin 6 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 11,9-dan 8,5-ə qədər, ölənlərin sayı isə 5,2-dən 4,9-a qədər azalmışdır.
Nikah və boşanmalar
2024-cü ilin yanvar-iyun aylarında rayonda 205 nikah və 85 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə nikahların sayı 4,7-dən 3,7-yə qədər azalmış, boşanmaların sayı isə 1,3-dən 1,5-ə qədər artmışdır.
Makroiqtisadi göstəricilər
2024-cü ilin yanvar-iyun aylarında ümumi məhsul buraxılışının həcmi əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 3494,1 min manat və ya müqayisəli qiymətlərlə 1,9 faiz azalaraq, 205453,6 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi üzrə 59,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 7,8 faiz, ticarət: nəqliyyat vasitələrininin təmiri sahəsi üzrə isə 0,5 faiz artmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 1063,0 min manat və ya müqayisəli qiymətlərlə 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 727,0 min manat və ya müqayisəli qiymətlərlə 1,2 faiz artmışdır. 2024-cü ilin yanvar-may ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 633,4 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 81,7 manat və ya 14,8 faiz çoxdur.
Sənaye
2024-сü ilin yanvar-iyun ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 36671,2 min manatlıq və ya 2023-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,6 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 94,28 faizi sənaye məhsulları, 5,72 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
İstehsal olunan sənaye məhsulu və xidmətlərin 94,28 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 3,72 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi istehsalda qeyri-dövlət sektoru 66,2 faiz, dövlət sektoru isə 33,8 faiz təşkil etmişdir.
Heyvanların baş sayı haqqında
2024-cü ilin 1 iyul vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın baş sayı 68049 baş, o cümlədən, inək və çamışların baş sayı 32565 baş, qoyun və keçilərin baş sayı 116119 baş olmuşdur. 2023-cü ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 23 baş, qoyun və keçilərin baş sayı isə 572 baş artmışdır.
İri buynuzlu mal qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20 baş artmışdır.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2024-cü ilin 1 iyul vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 544 baş, o cümlədən, inək və çamışların sayı 255 baş, qoyun və keçilərin baş sayı isə 8647 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal qaranın sayı 154 baş, o cümlədən, inək və camışların sayı 86 baş, qoyun və keçilərin sayı isə 507 baş azalmışdır.
Kənd təsərrüfatı
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2024-cü ilin 6-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri ilkin hesablamalara əsasən 112993,7 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 1703,4 min manat və ya müqayisəli qiymətlərlə 2,7 faiz azdır. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0,1 faizi dövlət sektorunun payına düşür. Kənd təsərrüfat məhsullarının 69617,4 min manat və ya 61,6 faizi bitkiçilik məhsullarının, 43376,3 min manatı və ya 38,4 faizi heyvandarlıq məhsullarının payına düşür.
Heyvandarlıq məhsullarının istehsalı
2024-cü ilin yanvar-iyun ayları ərzində ət istehsalı (diri çəkidə) 3640,7 ton, süd istehsalı 20684,8 ton, yumurta istehsalı 7571,0 min ədəd, yun istehsalı 129,2 ton, barama istehsalı 0,9 ton olmuşdur. Əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 31,3 ton ət, 3,9 ton süd, 65,0 min ədəd yumurta, 2,1 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 ton az olmuşdur.
Tikinti işləri
2024-сü ilin yanvar-iyun ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən 3661,0 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir. Görülmüş tikinti işlərinin 968,7 min manatını və ya 26,5 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 1129,5 min manatını və ya 30,8 faizini əsaslı təmir, 988,6 min manatını və ya 27,0 faizini cari təmir, 574,2 min manatını və 15,7 faizini isə sair tikinti işlərin təşkil etmişdir.
İnvestisiyalar
2024-сü ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 4848,5 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 97,3 faiz çox olmuşdur. İstifadə olunan investisiyanın 4582,0 min manatı və ya 94,5 faizi dövlət vəsaiti, 266,5 min manatı və ya 5,5 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
Nəqliyyatın əsas göstəriciləri
2024-сü ilin yanvar-iyun ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 1890,4 min manat olmuşdur ki, ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,8 faiz artmışdır. Məhsul buraxlışının həcmindən 127,4 min manatı hüquqi şəxslərin, 1763,0 min manatı isə fiziki şəxslərin payına düşür. 2024-сü ilin yanvar-iyun ayları ərzində fiziki şəxslər tərəfindən 3715,0 min sərnişin, 268,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 219,0 min və ya 6,3 faiz çox sərnişin, 13,0 min ton və ya 5,1 faiz çox yük daşınmışdır.
Rabitənin əsas göstəriciləri
2024-сü ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 711,2 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 267,7 min manat və ya müqayisəli qiymətlərlə 59,7 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 542,2 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 168,5 min manat artmışdır.
Pərakəndə ticarət dövriyyəsi
2024-сü ilin yanvar-iyun ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 154769,0 min manat olmuşdur ki, bunun da 18828,7 min manatı və ya 12,2 faizi hüquqi şəxslərin, 135940,3 min manatı və ya 87,8 faizi fərdi sahibkarların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1063,0 min manat və ya müqayisəli qiymətlərlə 0,5 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 76160,8 min manatı və yaxud 49,2 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 78608,2 min manatı və yaxud 50,8 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 154765,0 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 18101,5 min manat olmuşdur.
Ödənişli xidmətlər
2024-сü ilin yanvar-iyun ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 20924,0 min manat olmuşdur ki, bunun da 3408,7 min manatı hüquqi şəxslərin, 17515,3 min manatı isə fərdi sahibkarların payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 727,0 min manat və ya müqayisəli qiymətlərlə 1,2 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 2765,0 min manatı məişət xidməti olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 88,0 min manat və ya müqayisəli qiymətlərlə 1,1 faiz çoxdur. 2024-сü ilin yanvar-iyun ayları ərzində iaşə dövriyyəsinin həcmi 3783,0 min manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103,0 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz çox olmuşdur.
Yeni iş yerləri
2024-cü ilin yanvar-iyun aylarında rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı artmış və fəaliyyət sahələri genişlənmişdir. Cari ilin ilk 6-ayı ərzində 43 yeni iş yeri açılmışdır ki, bunun 39-u yeni yaranmış, 3-ü mövcud, 1-i isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin payına düşür.
İqtisadi fəal əhali
01.04.2024-cü il tarixinə bütün işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 59375 nəfər olmuşdur ki, bununda 56909 nəfəri məşğul əhali, 2466 nəfəri işsiz əhalidir. 2024-cü ilin iyun ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8642 nəfər olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 210 nəfər çoxdur.
Muzdla çalışanlar və orta aylıq əməkhaqqı
2024-cü il iyun ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8642 nəfər olmuş, onlardan 5511 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3131 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 29,3 faizi təhsil, 24,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,6 faizi tikinti, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,1 faiz daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,1 faiz inzibatı yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi isə iqtisadiyyatın digər sahələrində xidmətlərin göstərilməsi olmuşdur.
2024-cü ilin yanvar- may aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,8 faiz artaraq 633,4 manat olmuşdur.
Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.