
Ərazi və əhali
Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 94,0 nəfərə bərabərdir.
2025-ci il yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisi 111186 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,2 min nəfəri və ya 18,2 faizi şəhər yerlərində, 91,0 min nəfəri və ya 81,8 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.
Doğum və ölüm
2024-cü il ərzində 1221 doğulan körpə və 592 ölüm halı qeydə alınmışdır. Vəfat edənlərin 18 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2023-cü illə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı azalaraq 12,1-dən 11,0-ə düşmüş, ölənlərin sayı isə 5,3 olaraq eyni qalmışdır.
Nikah və boşanmalar
2024-cü il ərzində 575 nikah və 197 boşanma halları qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 5,2-yə düşmüş, boşanmaların sayı isə 1,8 olaraq eyni qalmışdır.
Makroiqtisadi göstəricilər
2024-cü ildə ümumi məhsul buraxılışının həcmi əvvəki ilə nisbətən müqayisəli qiymətlərlə 0,3 faiz artaraq, 437365,0 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi üzrə 93,4 faiz, tikinti sahəsi üzrə 28,7 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 14,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 1,0 faiz, ticarət: nəqliyyat vasitələrininin təmiri sahəsi üzrə isə 0,6 faiz artmışdır. Bundan əlavə əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş investisiyalar 28,1 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə 2,4 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 5,3 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 7,0 faiz artmışdır.
Sənaye
2024-сü il ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 68875,8 min manatlıq və ya 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 7,8 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 93,9 faizi sənaye məhsulları, 6,1 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
Sənaye məhsulunun 93,9 faizi emal və mədənçıxarma sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 2,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Ümumi istehsalda qeyri-dövlət sektoru 70,6 faiz, dövlət sektoru isə 29,4 faiz təşkil etmişdir.
Heyvanların baş sayı haqqında
2025-ci ilin 1 yanvar vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın sayı 69072 baş, o cümlədən, inək və camışların sayı 33274 baş, qoyun və keçilərin sayı 117038 baş olmuşdur. 2023-cü ilə nisbətən iri buynuzlu mal-qaranın sayı 950 baş, o cümlədən, inək və camışların sayı 617 baş, qoyun və keçilərin sayı isə 281 baş artmışdır.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2025-ci ilin 1-i yanvar vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 1851 baş, o cümlədən, inək və çamışların sayı 1063 baş, qoyun və keçilərin sayı isə 9255 baş olmuşdur. Əvvəlki illə müqayisədə iri buynuzlu mal qaranın sayı 1197 baş, o cümlədən, inək və camışların sayı 765 baş artmış, qoyun və keçilərin sayı isə 72 baş azalmışdır.
Kənd təsərrüfatı
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2024-cü il ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 248638,1 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 1,0 faiz çox olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 147524,6 min manat və ya 59,3 faizi bitkiçilik məhsullarının, 101113,5 min manat və ya 40,7 faizi heyvandarlıq məhsullarının payına düşür.
Heyvandarlıq məhsullarının istehsalı
2024-cü il ərzində ət istehsalı (diri çəkidə) 7095,9 ton, süd istehsalı 41907,1 ton, yumurta istehsalı 14671,0 min ədəd, yun istehsalı 234,2 ton, barama istehsalı 0,9 ton olmuşdur. Əvvəki illə müqayisədə 8,9 ton ət, 8,3 ton süd, 116,0 min ədəd yumurta, 2,6 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı əvvəlki illə müqayisədə 0,9 ton az istehsal olunmuşdur.
Tikinti işləri
2024-сü il ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 8936,5 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilə nisbətən 28,7 faiz çox olmuşdur. Görülmüş tikinti işlərinin 4141,3 min manatını və ya 46,3 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 1129,5 min manatını və ya 12,7 faizini əsaslı təmir, 3091,5 min manatını və ya 34,6 faizini cari təmir, 574,2 min manatını və ya 6,4 faizini isə sair tikinti işləri təşkil etmişdir.
İnvestisiyalar
2024-сü il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 15128,2 min manat olaraq əvvəlki illə müqayisədə 28,1 faiz çox olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 13331,8 min manatı və ya 88,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 12901,3 min manatı və ya 85,3 faizi dövlət vəsaiti, 2226,9 min manatı və ya 14,7 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
Nəqliyyatın əsas göstəriciləri
2024-сü il ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmi 4098,8 min manat olmuş və ötən ilə nisbətən 482,5 min manat və ya müqayisəli qiymətlərlə 14,7 faiz artmışdır. Məhsul buraxlışının 516,0 min manatı hüquqi şəxslərin, 3582,8 min manatı isə fiziki şəxslərin payına düşür. 2024-сü ilin yanvar-dekabr ayları ərzində avtomobil nəqliyyatı ilə 7669,0 min sərnişin, 575,0 min ton yük daşınmışdır ki, bu da ötən illə müqayisədə 500,0 min və ya 7,0 faiz çox sərnişin, 29,0 min ton və ya 5,3 faiz çox yük daşınmışdır.
Rabitənin əsas göstəriciləri
2024-cü il ərzində informasiya və rabitə xidmətlərindən 1824,3 min manat (ƏDV-siz faktiki qiymətlərlə) gəlir əldə olunmuşdur ki, bu da ötən illə müqayisədə 884,0 min manat və ya müqayisəli qiymətlərlə 93,4 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz faktiki qiymətlərlə) dəyəri 1504,2 min manat olmuş və əvvəlki illə müqayisədə 717,5 min manat çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsi
2024-сü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 328098,5 min manat olmuşdur ki, bunun da 34869,5 min manatı və ya 10,6 faizi hüquqi şəxslərin, 293229,0 min manatı və ya 89,4 faizi fərdi sahibkarların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 6710,6 min manat və ya müqayisəli qiymətlərlə 0,6 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 161571,1 min manatı və yaxud 49,2 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 166527,4 min manatı və yaxud 50,8 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 328090,5 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 25367,0 min manat olmuşdur.
Ödənişli xidmətlər
2024-сü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 35901,0 min manat olmuş və onun 7576,6 min manatı və ya 21,1 faizi hüquqi şəxslərin, 28324,6 min manatı və ya 78,9 faizi isə fərdi sahibkarların payına düşmüşdür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki illə müqayisədə 2191,0 min manat və ya müqayisəli qiymətlərlə 2,4 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 4574,0 min manatı məişət xidməti olmuş və əvvəlki illə müqayisədə 197,0 min manat və ya müqayisəli qiymətlərlə 1,6 faiz çox olmuşdur. 2024-сü il ərzində iaşə dövriyyəsinin həcmi 6521,0 min manat və ya əvvəlki illə müqayisədə 281,0 min manat və ya müqayisəli qiymətlərlə 1,8 faiz çox olmuşdur.
Yeni iş yerləri
2024-cü il ərzində rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı artmış və fəaliyyət sahələri genişlənmişdir. 2024-cü il ərzində 73 yeni iş yeri açılmışdır ki, bunun 44-ü yeni yaranmış, 27-si mövcud, 2-si isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin payına düşür.
Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.