Ərazi və əhali
Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 95,0 nəfərə bərabərdir. Rayonda 1 şəhər və 35 kənd inzibati ərazi dairəsi mövcuddur.
İlkin məlumata əsasən 2025-ci il oktyabr ayının 1-i vəziyyətinə rayonun əhalisi 111554 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,2 min nəfəri və ya 18,1 faizi şəhər yerlərində, 91,3 min nəfəri və ya 81,9 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.
Doğum və ölüm
2025-ci ilin yanvar-sentyabr aylarında 763 doğulan körpə və 389 ölüm halı qeydə alınmışdır. Vəfat edənlərin 6 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı azalaraq 10,9-dan 9,2-yə, ölənlərin sayı isə 5,3-dən 4,7-yə düşmüşdür.
Nikah və boşanmalar
Cari ilin yanvar-sentyabr aylarında 370 nikah və 126 boşanma halları qeydə alınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə azalaraq nikahların sayı 5,0-dən 4,4-ə, boşanmaların sayı isə 1,8-dən 1,5-ə düşmüşdür.
Makroiqtisadi göstəricilər
2025-ci ilin yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,0 faiz azalaraq 336962,2 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 65,0 faiz, informasiya və rabitə sahəsi üzrə 34,7 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 0,4 faiz artmış, sənaye sahəsi üzrə 32,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 4,3 faiz, tikinti sahəsi üzrə isə 6,6 faiz azalmışdır.
Cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,2 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə 1,3 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 6,0 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 5,8 faiz çox olmuşdur. 2025-ci ilin yanvar-avqust ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 649,0 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,9 manat və ya 1,1 faiz çox olmuşdur.
Sənayenin əsas göstəriciləri
2025-сi ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 47802,4 min manatlıq və ya 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 32,2 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 88,77 faizi sənaye məhsulları, 11,23 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
Sənaye məhsulunun 88,77 faizi emal sektorunda, 8,83 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 2,40 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Ümumi istehsalda qeyri-dövlət sektoru 63,76 faiz, dövlət sektoru isə 36,24 faiz təşkil etmişdir.
Heyvanların baş sayı haqqında
2025-ci ilin 1 oktyabr vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 69905 baş, o cümlədən, inək və camışların sayı 33642 baş, qoyun və keçilərin sayı 116417 baş olmuşdur. 2024-cü ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 1733 baş, qoyun və keçilərin sayı isə 433 baş artmışdır.
İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 976 baş artmışdır. Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2025-ci ilin 1-i oktyabr vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 2722 baş, o cümlədən, inək və camışların sayı 1440 baş, qoyun və keçilərin sayı isə 8246 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 2213 baş, o cümlədən, inək və camışların sayı 1184 baş, qoyun və keçilərin sayı isə 652 baş artmışdır.
Heyvandarlıq sahəsində 18 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.
Kənd təsərrüfatı
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2025-ci ilin 9-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 193877,1 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 4,3 faiz az olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 119043,4 min manatı, və ya 61,4 faizi bitkiçilik məhsullarının, 74833,7 min manatı və ya 38,6 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
Heyvandarlıq məhsullarının istehsalı haqqında
2025-ci ilin yanvar-sentyabr ayları ərzində ət istehsalı (diri çəkidə) 5946,6 ton, süd istehsalı 32402,1 ton, yumurta istehsalı 11418,0 min ədəd, yun istehsalı 237,0 ton, barama istehsalı 0,3 ton olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 ton ət, 5,0 ton süd, 83,0 min ədəd yumurta, 2,8 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 ton az olmuşdur.
Tikinti işləri
2025-сi ilin yanvar-sentyabr ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 6799,8 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz az olmuşdur. Görülmüş tikinti işlərinin 4141,6 min manatını və ya 60,91 faizini inşa, yenidənqurma və bərpa işləri, 621,9 min manatını və ya 9,15 faizini əsaslı təmir, 2036,3 min manatını və ya 29,94 faizini cari təmir işləri təşkil etmişdir.
İnvestisiyalar haqqında
2025-сi ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 8190,8 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,2 faiz çox olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 7602,3 min manatı və ya 92,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 4376,8 min manatı və ya 53,4 faizi dövlət vəsaiti, 3814,0 min manatı və ya 46,6 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
Nəqliyyatın əsas göstəriciləri
2025-сi ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmi 5083,0 min manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 2045,1 min manat və ya müqayisəli qiymətlərlə 65,0 faiz artmışdır. Məhsul buraxılışının 2213,9 min manatı hüquqi şəxslərin, 2869,1 min manatı isə fiziki şəxslərin payına düşür. 2025-сi ilin yanvar-sentyabr ayları ərzində avtomobil nəqliyyatı ilə 5410,0 min sərnişin, 423,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 298,0 min və ya 5,8 faiz çox sərnişin, 24,0 min ton və ya 6,0 faiz çox yük daşınmışdır.
Rabitənin əsas göstəriciləri
2025-сi ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 1666,8 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 432,1 min manat və ya müqayisəli qiymətlərlə 34,7 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 1459,8 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 484,5 min manat çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsi
2025-сi ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 255416,0 min manat olmuşdur ki, bunun da 19718,7 min manatı və ya 7,7 faizi hüquqi şəxslərin, 235697,3 min manatı və ya 92,3 faizi fərdi sahibkarların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12597,7 min manat və ya müqayisəli qiymətlərlə 0,4 faiz çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 125644,0 min manatı və yaxud 49,2 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 129772,0 min manatı və yaxud 50,8 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 100,0 faizi özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 22259,8 min manat olmuşdur.
Ödənişli xidmətlər
2025-сi ilin yanvar-sentyabr ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 32100,0 min manat olmuş və onun 8617,9 min manatı və ya 26,8 faizi hüquqi şəxslərin, 23482,1 min manatı və ya 73,2 faizi isə fərdi sahibkarların payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2432,0 min manat və ya müqayisəli qiymətlərlə 1,3 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 4074,0 min manatı məişət xidməti olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 263,0 min manat və ya müqayisəli qiymətlərlə 1,3 faiz çox olmuşdur. 2025-сi ilin yanvar-sentyabr ayları ərzində iaşə dövriyyəsinin həcmi 5445,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 382,0 min manat və ya müqayisəli qiymətlərlə 2,0 faiz çox olmuşdur.
Yeni iş yerləri
2025-ci ilin yanvar-sentyabr aylarında rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı artmış və fəaliyyət sahələri genişlənmişdir.
Cari ilin 9-ayı ərzində 75 yeni iş yeri açılmışdır ki, bunun 42-si yeni yaradılmış hüquqi şəxslər üzrə, 30-u mövcud hüquqi şəxslər üzrə, 3-ü isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslər üzrə olmuşdur.
Muzdla çalışanlar və orta aylıq əməkhaqqı
2025-ci ilin sentyabr ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8328 nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 163 nəfər az olmuşdur. Muzdla çalışan işçilərin 5292 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3036 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 31,4 faizi təhsil, 25,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,0 faizi sənaye, 6,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8 faizi tikinti, 3,3 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi isə iqtisadiyyatın digər sahələrində xidmətlərin göstərilməsi sahələrində olmuşdur.
2025-ci ilin yanvar-avqust aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artaraq 649,0 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Əkinlər haqqında
2025-ci ilin məhsulu üçün 52790,9 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bunun da 48281,9 hektarı və ya 91,5 faizi əhali və fərdi sahibkarlar üzrə, 4509,0 hektar və ya 8,5 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Ümumi əkin sahəsinin 13875,0 hektarında (26,28 faiz) payızlıq və yazlıq taxıl, 22473,0 hektarına (42,57 faiz) çoxillik otlar, 12634,1 hektar (23,93 faiz) pambıq, 2388,5 hektar (4,52 faiz) bostan, 743,3 hektar (1,41 faiz) tərəvəz, 425,0 hektar (0,81 faiz) kartof, 178,0 hektar (0,34 faiz) dən üçün qarğıdalı, 55,0 hektar (0,10 faiz) darı, 11 hektar (0,02 faiz) lobya, 8 hektar (0,02 faiz) dən üçün günəbaxan əkilmişdir.
Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.