Ümumi

Saatlı rayonu üzrə 2025-ci ilin 4-cü rübünə dair statistik məlumatlar açıqlanıb

Saatlı rayonu üzrə 2025-ci ilin 4-cü rübünə dair statistik məlumatlar açıqlanıb

Ərazi və əhali

Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 95,0 nəfərə bərabərdir. Rayonda 1 şəhər və 35 kənd inzibati ərazi dairəsi mövcuddur. İlkin məlumata əsasən 2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisi 111718 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,2 min nəfəri və ya 18,1 faizi şəhər yerlərində, 91,5 min nəfəri və ya 81,9 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.

Doğum və ölüm

2025-ci il ərzində 1071 doğulan körpə və 533 ölüm halı qeydə alınmışdır. Vəfat edənlərin 6 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2024-cü illə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı azalaraq 11,0-dən 9,6-ya, ölənlərin sayı isə 5,3-dən 4,8-ə düşmüşdür.

Nikah və boşanmalar

2025-ci il ərzində 498 nikah və 178 boşanma halları qeydə alınmış və əvvəlki illə müqayisədə əhalinin hər min nəfərinə azalaraq nikahların sayı 5,2-dən 4,5-ə, boşanmaların sayı isə 1,8-dən 1,6-ya düşmüşdür.

Makroiqtisadi göstəricilər

2025-ci ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,6 faiz artaraq 477286,9 min manat olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 87,0 faiz, informasiya və rabitə sahəsi üzrə 29,6 faiz, sənaye sahəsi üzrə 6,2 faiz, tikinti sahəsi üzrə 4,0 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 0,5 faiz artmış, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə isə 2,6 faiz azalmışdır.

2025-ci ildə əvvəlki illə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə 1,2 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 5,6 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 6,1 faiz çox olmuş, əsas kapitala yönəldilmiş investisiyalar  isə 15,4 faiz az olmuşdur. 2025-ci ilin yanvar-noyabr ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 654,1 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 manat və ya 3,2 faiz çox olmuşdur.

Sənayenin əsas göstəriciləri

2025-сi il ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 85480,3 min manatlıq və ya 2024-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,2 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 90,39 faizi sənaye məhsulları, 9,61 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.

Sənaye məhsulunun 90,39 faizi emal sektorunda, 7,91 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,70 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Heyvanların baş sayı haqqında

2026-cı ilin 1 yanvar vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 70397 baş, o cümlədən, inək və camışların sayı 34267 baş, qoyun və keçilərin sayı 116472 baş olmuşdur. Ötən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1325 baş artmış, qoyun və keçilərin sayı isə 566 baş azalmışdır.

İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilə nisbətən 993 baş artmışdır. Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2026-cı ilin 1-i yanvar vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 2943 baş, o cümlədən, inək və camışların sayı 1894 baş, qoyun və keçilərin sayı isə 7718 baş olmuşdur. Ötən illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1092 baş, o cümlədən, inək və camışların sayı 831 baş artmış, qoyun və keçilərin sayı isə 1537 baş azalmışdır.

Heyvandarlıq sahəsində 18 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.

Kənd təsərrüfatı

Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2025-ci il ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 261580,3 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz az olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 151618,5 min manatı, və ya 58,0 faizi bitkiçilik məhsullarının, 109961,8 min manatı və ya 42,0 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

Heyvandarlıq məhsullarının istehsalı haqqında

2025-ci il ərzində ət istehsalı (diri çəkidə) 7107,0 ton, süd istehsalı 41915,0 ton, yumurta istehsalı 14791,0 min ədəd, yun istehsalı 237,0 ton, barama istehsalı 0,3 ton olmuşdur. Əvvəlki illə müqayisədə 11,1 ton ət, 7,9 ton süd, 120,0 min ədəd yumurta, 2,8 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı ötən illə müqayisədə 0,6 ton az olmuşdur.

Tikinti işləri

2025-сi il ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 9093,6 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilə nisbətən 4,0 faiz çox olmuşdur. Görülmüş tikinti işlərinin 5480,5 min manatını və ya 60,27 faizini inşa, yenidənqurma və bərpa işləri, 879,1 min manatını və ya 9,67 faizini əsaslı təmir, 2734,0 min manatını və ya 30,06 faizini cari təmir işləri təşkil etmişdir.

İnvestisiyalar haqqında

2025-сi il ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 15273,4 min manat olaraq əvvəlki illə müqayisədə 15,4 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 13743,8 min manatı və ya 90,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 5289,3 min manatı və ya 34,6 faizi dövlət vəsaiti, 9984,1 min manatı və ya 65,4 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.

Nəqliyyatın əsas göstəriciləri

2025-сi il ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin həcmi 7778,6 min manat olmuşdur ki, bu da ötən ilə nisbətən 3679,8 min manat və ya müqayisəli qiymətlərlə 87,0 faiz çox olmuşdur. Məhsul buraxılışının 3330,8 min manatı və ya 42,8 faizi hüquqi şəxslərin, 4447,8 min manatı və ya 57,2 faizi isə fiziki şəxslərin payına düşür. 2025-сi il ərzində avtomobil nəqliyyatı ilə 8138,0 min sərnişin, 607,0 min ton yük daşınmışdır ki, bu da ötən illə müqayisədə 469,0 min və ya 6,1 faiz çox sərnişin, 32,0 min ton və ya 5,6 faiz çox yük daşınmışdır.

Rabitənin əsas göstəriciləri

2025-сi il ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 2378,1 min manat olmuş və ötən illə müqayisədə 554,0 min manat və ya müqayisəli qiymətlərlə 29,6 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 2015,3 min manat olmuş və əvvəlki illə müqayisədə 511,1 min manat çox olmuşdur.

Pərakəndə ticarət dövriyyəsi

2025-сi il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 346800,0 min manat olmuşdur ki, bunun da 27277,7 min manatı və ya 7,9 faizi hüquqi şəxslərin, 319522,3 min manatı və ya 92,1 faizi fərdi sahibkarlar, bazar və yarmarkaların payına düşür.

Pərakəndə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 18701,5 min manat və ya müqayisəli qiymətlərlə 0,5 faiz çox olmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin 169491,0 min manatı və yaxud 48,9 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 177309,0 min manatı və yaxud 51,1 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 100,0 faizi özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 22654,9 min manat olmuşdur.

Ödənişli xidmətlər

2025-сi il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 38701,0 min manat olmuş və onun 12386,2 min manatı və ya 32,0 faizi hüquqi şəxslərin, 26314,8 min manatı və ya 68,0 faizi isə fərdi sahibkarların payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki illə müqayisədə 2800,0 min manat və ya müqayisəli qiymətlərlə 1,2 faiz çox olmuşdur. Göstərilən ödənişli xidmətlərin həcmindən 4875,0 min manatı məişət xidməti olmuş və əvvəlki illə müqayisədə 301,0 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz çox olmuşdur. 2025-сi il ərzində iaşə dövriyyəsinin həcmi 7020,0 min manat və ya əvvəlki illə müqayisədə 499,0 min manat və ya müqayisəli qiymətlərlə 2,1 faiz çox olmuşdur.

Yeni iş yerləri

2025-ci il ərzində rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı artmış və fəaliyyət sahələri genişlənmişdir.

İl ərzində 78 yeni iş yeri açılmışdır ki, bunun 45-i yeni yaradılmış hüquqi şəxslər üzrə, 30-u mövcud hüquqi şəxslər üzrə, 3-ü isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslər üzrə olmuşdur.

Muzdla çalışanlar və orta aylıq əməkhaqqı

2025-ci ilin dekabr ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8786 nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 11 nəfər çox olmuşdur. Muzdla çalışan işçilərin 5457 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3329 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 31,9 faizi təhsil, 23,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 19,6 faizi sənaye, 6,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,8 faizi tikinti, 1,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,5 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi isə iqtisadiyyatın digər sahələrində xidmətlərin göstərilməsi sahələrində olmuşdur. 

2025-ci ilin yanvar-noyabr aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz artaraq 654,1 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

Əkinlər haqqında

2025-ci ilin məhsulu üçün 52790,9 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, bunun da 48281,9 hektarı və ya 91,5 faizi əhali və fərdi sahibkarlar üzrə, 4509,0 hektar və ya 8,5 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür.

Ümumi əkin sahəsinin 13875,0 hektarında (26,28 faiz) payızlıq və yazlıq taxıl, 22473,0 hektarına (42,57 faiz) çoxillik otlar, 12634,1 hektar (23,93 faiz) pambıq, 2388,5 hektar (4,52 faiz) bostan, 743,3 hektar (1,41 faiz) tərəvəz, 425,0 hektar (0,81 faiz) kartof, 178,0 hektar (0,34 faiz) dən üçün qarğıdalı, 55,0 hektar (0,10 faiz) darı, 11 hektar (0,02 faiz) lobya, 8 hektar (0,02 faiz) dən üçün günəbaxan əkilmişdir.

2025-ci il ildə 13875,0 hektar sahədən taxıl məhsulu biçilmiş və 55728,0 ton məhsul toplanmışdır kı, bu da hər hektardan 40,2 sentner və ya ötən illə müqayisədə 0,8 sentner az olmuşdur.

Digər əkilmiş 178,0 hektar sahədən 1358,9 ton və ya hər hektardan 60,6 sentner dən üçün qarğıdalı, 55,0 hektar sahədən 665,7 ton və ya hər hektardan 29,8 sentner darı məhsulu, 11 hektar sahədən 40,0 ton və ya hər hektardan 36,4 sentner lobya məhsulu, 8 hektar sahədən 47,5 ton (təmizlənmiş çəkidə) və ya hər hektardan 57,0 sentner dən üçün günəbaxan, 425,0 hektar sahədən 8532,7 ton və ya hər hektardan 200,8 sentner kartof, 743,3 hektar sahədən 23084,7 ton və ya hər hektardan 310,5 sentner tərəvəz, 2388,5 hektar sahədən 82946,5 ton və ya hər hektardan 347,3 sentner bostan, 3284,9 hektar sahədən 16896,7 ton və ya 62,2 sentner meyvə və giləmeyvə, 22473,0 hektar sahədən 210411,6 ton və ya hər hektardan 93,6 sentner çoxillik otlar məhsulu toplanmışdır. Üzümlüklərdən 1720,0 ton üzüm məhsulu toplanmışdır.

Ötən illə müqayisədə hər hektardan 29,1 sentner tərəvəz, 2,6 sentner meyvə və giləmeyvə, 0,8 sentner lobya, 0,3 sentner dən üçün qarğıdalı, 0,2 sentner dən üçün günəbaxan (təmizlənmiş çəkidə), 0,1 sentner kartof və 0,2 sentner çoxillik otlar məhsulu çox toplanmışdır. Bostan məhsulu hər hektardan 347,3 sentner olmaqla  ötən illə müqayisədə dəyişməmişdir.

2025-ci ildə əkilmiş 12634,1 hektar sahədən 45733,4 ton xam pambıq tədarük edilmişdir ki, bu da ötən illə müqayisədə 2327,6 ton və ya hər hektardan 2,7 sentner çox məhsul toplanmışdır.

Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.