Ərazi və əhali
Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 95,0 nəfərə bərabərdir. Rayonda 1 şəhər və 35 kənd inzibati ərazi dairəsi mövcuddur. İlkin məlumata əsasən 2026-cı il aprel ayının 01-i vəziyyətinə rayonun əhalisi 111821 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,3 min nəfəri və ya 18,2 faizi şəhər yerlərində, 91,5 min nəfəri və ya 81,8 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.
Doğum və ölüm
2026-cı ilin yanvar-mart aylarında 154 doğulan körpə və 124 ölüm halı qeydə alınmışdır. Vəfat edənlərin 2 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı azalaraq 9,2-dən 5,6-ya, ölənlərin sayı isə 5,2-dən 4,5-ə düşmüşdür.
Nikah və boşanmalar
Cari ilin yanvar-mart aylarında 68 nikah, 26 boşanma halları qeydə alınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 2,5-ə, boşanmaların sayı isə 1,6-dan 0,9-a düşmüşdür.
Makroiqtisadi göstəricilər
2026-cı ilin yanvar-mart aylarında ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,3 faiz artaraq 87596,8 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 2,1 dəfə, tikinti sahəsi üzrə isə 28,5 faiz, sənaye sahəsi üzrə 9,0 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə isə 2,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 0,1 faiz artmış, informasiya və rabitə sahəsi üzrə 22,4 faiz azalmışdır.Cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə 1,9 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 5,7 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 6,5 faiz çox olmuşdur. 2026-cı ilin yanvar-fevral ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 641,6 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 manat və ya 1,2 faiz az olmuşdur.
Sənaye
2026-cı ilin yanvar-mart ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 32139,2 min manatlıq və ya 2025-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,0 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 89,5 faizi sənaye məhsulları, 10,5 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
Sənaye məhsulunun 89,5 faizi emal sektorunda, 9,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Ümumi istehsalda qeyri-dövlət sektoru 70,7 faiz, dövlət sektoru isə 29,3 faiz təşkil etmişdir.
Heyvanların baş sayı haqqında
2026-cı ilin aprel ayının 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 70729 baş, o cümlədən, inək və camışların sayı 34459 baş, qoyun və keçilərin sayı 116331 baş olmuşdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 1392 baş artmış, qoyun və keçilərin sayı isə 715 baş azalmışdır.
İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1152 baş artmışdır. Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2026-cı ilin aprel ayının 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 3202 baş, o cümlədən, inək və camışların sayı 2009 baş, qoyun və keçilərin sayı isə 7366 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 984 baş, o cümlədən, inək və camışların sayı 885 baş artmış, qoyun və keçilərin sayı isə 1916 baş azalmışdır.
Heyvandarlıq sahəsində 17 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.
Kənd təsərrüfatı
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2026-ci ilin 3-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 21900,6 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,1 faiz çox olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının hamısı heyvandarlıq məhsullarının payına düşmüşdür.
Heyvandarlıq məhsullarının istehsalı
2026-cı ilin yanvar-mart ayları ərzində ət istehsalı (diri çəkidə) 1692,6 ton, süd istehsalı 8559,6 ton, yumurta istehsalı 3927,0 min ədəd olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 ton ət, 1,9 ton süd, 38,0 min ədəd yumurta çox istehsal olunmuşdur.
Tikinti işləri
2026-сı ilin yanvar-mart ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 2900,0 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 96,5 faiz çox olmuşdur. Görülmüş tikinti işlərinin 2268,8 min manatını və ya 78,23 faizini inşa, yenidənqurma və bərpa işləri, 631,2 min manatını və ya 21,77 faizini cari təmir işləri təşkil etmişdir.
İnvestisiyalar
2026-сı ilin yanvar-mart ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 2051,3 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz çox olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 1973,0 min manatı və ya 96,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 928,9 min manatı və ya 45,3 faizi dövlət vəsaiti, 1122,4 min manatı və ya 54,7 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
Nəqliyyatın əsas göstəriciləri
2026-сı ilin yanvar-mart ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmi 2338,9 min manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 1257,7 min manat və ya müqayisəli qiymətlərlə 2,1 dəfə artmışdır. Məhsul buraxılışının 1621,4 min manatı hüquqi şəxslərin, 717,5 min manatı isə fiziki şəxslərin payına düşür. 2026-сı ilin yanvar-mart ayları ərzində avtomobil nəqliyyatı ilə 2002,0 min sərnişin, 184,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 123,0 min və ya 6,5 faiz çox sərnişin, 10,0 min ton və ya 5,7 faiz çox yük daşınmışdır.
Rabitənin əsas göstəriciləri
2026-сı ilin yanvar-mart ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 482,5 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 127,7 min manat və ya müqayisəli qiymətlərlə 22,4 faiz az olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 441,0 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 79,4 min manat az xidmətlər göstərilmişdir.
Pərakəndə ticarət dövriyyəsi
2026-сı ilin yanvar-mart ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 85385,2 min manat olmuşdur ki, bunun da 6292,3 min manatı və ya 7,4 faizi hüquqi şəxslərin, 79092,9 min manatı və ya 92,6 faizi fərdi sahibkarlar, bazar və yarmarkaların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4850,8 min manat və ya müqayisəli qiymətlərlə 0,4 faiz çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 44219,8 min manatı və yaxud 51,8 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 41165,4 min manatı və yaxud 48,2 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 100,0 faizi özəl sektorun hesabına formalaşmışdır. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 23812,2 min manat olmuşdur.
Ödənişli xidmətlər
2026-сı ilin yanvar-mart ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 11233,0 min manat olmuş və onun 3808,4 min manatı və ya 33,9 faizi hüquqi şəxslərin, 7424,6 min manatı və ya 66,1 faizi isə fərdi sahibkarların payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 803,0 min manat və ya müqayisəli qiymətlərlə 1,9 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 1357,0 min manatı məişət xidməti olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,0 min manat və ya müqayisəli qiymətlərlə 1,4 faiz çox olmuşdur.
2026-сı ilin yanvar-mart ayları ərzində iaşə dövriyyəsinin həcmi 1203,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 98,0 min manat və ya müqayisəli qiymətlərlə 2,0 faiz çox olmuşdur.
Yeni iş yerləri
Cari ilin yanvar-mart ayları ərzində 5 yeni iş yeri açılmışdır ki, onların hamısı yeni yaradılmış müəssisə və təşkilatların payına düşür.
Muzdla çalışanlar və orta aylıq əməkhaqqı
2026-cı ilin mart ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8476 nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 50 nəfər az olmuşdur. Muzdla çalışan işçilərin 5399 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3077 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 33,2 faizi təhsil, 24,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,4 faizi sənaye, 6,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,9 faizi tikinti, 1,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində olmuşdur.
2026-cı ilin yanvar-fevral aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azalaraq 641,6 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Bitkiçilik
Rayonun təsərrüfatlarında yazlıq bitkilərin kütləvi əkini davam edir. Kənd təsərrüfatı müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları əlverişli hava şəraitindən maksimum istifadə edərək yazlıq bitkilərin əkinini optimal müddətdə və aqrotexniki qaydada başa çatdırmağa çalışırlar.
2026-cı il aprel ayının 1-i vəziyyətinə 2778,5 hektar sahədə yazlıq bitkilər əkilmiş və onun 7,9 hektarı (0,28 faiz) yazlıq buğda, 8,1 hektarı (0,29 faiz) yazlıq arpa, 1288,0 hektar (46,36 faiz) çoxillik otlar, 821,5 hektar (29,57 faiz) bostan, 432,0 hektar (15,55 faiz) kartof, 215,0 hektar (7,74 faiz) tərəvəz, 3,0 hektar (0,11 faiz) dən üçün qarğıdalı, 2,0 hektar (0,07 faiz) lobya, 1,0 hektar (0,03 faiz) isə dən üçün günəbaxan əkilmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,9 hektar yazlıq buğda, 8,1 hektar yazlıq arpa, 79 hektar çoxillik otlar, 52,0 hektar bostan bitkiləri, 23,0 hektar kartof çox, 24,0 hektar dən üçün qarğıdalı, 17,5 hektar tərəvəz, 5,0 hektar lobya, 5,0 hektar dən üçün günəbaxan bitkisi isə az əkilmişdir.
Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.