Ümumi

Saatlı rayonu üzrə 2026-cı ilin 2-ci rübünə dair statistik məlumatlar açıqlanıb

Saatlı rayonu üzrə 2026-cı ilin 2-ci rübünə dair statistik məlumatlar açıqlanıb

Ərazi və əhali

Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 95,0 nəfərə bərabərdir. Rayonda 1 şəhər və 35 kənd inzibati ərazi dairəsi mövcuddur.

İlkin məlumata əsasən 2026-cı il iyul ayının 1-i vəziyyətinə rayonun əhalisi 111933 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,3 min nəfəri və ya 18,1 faizi şəhər yerlərində, 91,6 min nəfəri və ya 81,9 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.

Doğum və ölüm

2026-cı ilin yanvar-iyun aylarında 413 doğulan körpə və 272 ölüm halı qeydə alınmışdır. Vəfat edənlərin 2 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı azalaraq 9,9-dan 7,4-ə, ölənlərin sayı isə 5,0-dən 4,9-a düşmüşdür.

Nikah və boşanmalar

Cari ilin yanvar-iyun aylarında 154 nikah, 77 boşanma halları qeydə alınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,5-dən 2,8-ə, boşanmaların sayı isə 1,6-dan 1,4-ə düşmüşdür.

Makroiqtisadi göstəricilər

2026-cı ilin yanvar-iyun aylarında ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artaraq 232330,9 min manat olmuşdur.

Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 72,5 faiz, tikinti sahəsi üzrə isə 15,3 faiz, sənaye sahəsi üzrə 7,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə 1,7 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 0,4 faiz artmış, informasiya və rabitə sahəsi üzrə isə 13,9 faiz azalmışdır.

Cari ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə 1,5 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 5,6 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 6,7 faiz çox, əsas kapital yönəldilmiş investisiyalar isə 46,8 faiz az olmuşdur. 2026-cı ilin yanvar-may ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 679,2 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,2 manat və ya 3,1 faiz çox olmuşdur.

Sənaye

2026-cı ilin yanvar-iyun ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 46377,7 min manatlıq və ya 2025-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,0 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 87,3 faizi sənaye məhsulları, 12,7 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.

Sənaye məhsulunun 87,3 faizi emal sektorunda, 11,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Ümumi istehsalda qeyri-dövlət sektoru 64,5 faiz, dövlət sektoru isə 35,5 faiz təşkil etmişdir.

Heyvanların baş sayı haqqında

2026-cı ilin iyul ayının 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 70893 baş, o cümlədən, inək və camışların sayı 34544 baş, qoyun və keçilərin sayı 114879 baş olmuşdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 1065 baş artmış, qoyun və keçilərin sayı isə 1700 baş azalmışdır.

İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1101 baş artmışdır.

Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2026-cı ilin iyul ayının 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 3307 baş, o cümlədən, inək və camışların sayı 2045 baş, qoyun və keçilərin sayı isə 5384 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 675 baş, o cümlədən, inək və camışların sayı 806 baş artmış, qoyun və keçilərin sayı isə 3099 baş azalmışdır.

Heyvandarlıq sahəsində 17 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.

Kənd təsərrüfatı

Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2026-ci ilin 6-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 117548,4 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,7 faiz çox olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 66687,6 min manatı, və ya 56,7 faizi bitkiçilik məhsullarının, 50860,8 min manatı və ya 43,3 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.

Heyvandarlıq məhsullarının istehsalı

2025-ci ilin yanvar-iyun ayları ərzində ət istehsalı (diri çəkidə) 3668,2 ton, süd istehsalı 20688,7 ton, yumurta istehsalı 7633,0 min ədəd, yun istehsalı 204,2 ton, barama istehsalı 0,3 ton olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 ton ət, 3,9 ton süd, 62,0 min ədəd yumurta, 75,0 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,6 ton az olmuşdur.

Tikinti işləri

2026-сı ilin yanvar-iyun ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 4694,3 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,3 faiz çox olmuşdur. Görülmüş tikinti işlərinin 3687,9 min manatını və ya 78,6 faizini inşa, yenidənqurma və bərpa işləri, 1006,4 min manatını və ya 21,4 faizini cari təmir işləri təşkil etmişdir.

İnvestisiyalar

2026-сı ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 3345,2 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46,8 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 3126,9 min manatı və ya 93,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 1092,7 min manatı və ya 32,7 faizi dövlət vəsaiti, 2252,5 min manatı və ya 67,3 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.

Nəqliyyatın əsas göstəriciləri

2026-сı ilin yanvar-iyun ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmi 5578,8 min manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 2487,5 min manat və ya müqayisəli qiymətlərlə 72,5 faiz artmışdır. Məhsul buraxılışının 3654,3 min manatı hüquqi şəxslərin, 1924,5 min manatı isə fiziki şəxslərin payına düşür. 2026-сı ilin yanvar-iyun ayları ərzində avtomobil nəqliyyatı ilə 4188,0 min sərnişin, 301,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 263,0 min və ya 6,7 faiz çox sərnişin, 16,0 min ton və ya 5,6 faiz çox yük daşınmışdır.

Rabitənin əsas göstəriciləri

2026-сı ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 1016,0 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 142,4 min manat və ya müqayisəli qiymətlərlə 13,9 faiz az olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 928,2 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 78,2 min manat az xidmətlər göstərilmişdir.

Pərakəndə ticarət dövriyyəsi

2026-сı ilin yanvar-iyun ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 173078,0 min manat olmuşdur ki, bunun da 12945,8 min manatı və ya 7,5 faizi hüquqi şəxslərin, 160132,2 min manatı və ya 92,5 faizi fərdi sahibkarlar, bazar və yarmarkaların payına düşür.

Ödənişli xidmətlər

2026-сı ilin yanvar-iyun ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 24494,0 min manat olmuş və onun 6580,3 min manatı və ya 26,9 faizi hüquqi şəxslərin, 17913,7 min manatı və ya 73,1 faizi isə fərdi sahibkarların payına düşür.

Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1666,0 min manat və ya müqayisəli qiymətlərlə 1,5 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 3213,0 min manatı məişət xidməti olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 249,0 min manat və ya müqayisəli qiymətlərlə 1,3 faiz çox olmuşdur.

2026-сı ilin yanvar-iyun ayları ərzində iaşə dövriyyəsinin həcmi 4470,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 385,0 min manat və ya müqayisəli qiymətlərlə 2,1 faiz çox olmuşdur.

Yeni iş yerləri

Cari ilin yanvar-iyun ayları ərzində 7 yeni iş yeri açılmışdır ki, onların 5-i yeni yaradılmış müəssisə və təşkilatların, 2-si isə mövcud müəssisə və təşkilatların payına düşür.

Əkinlər haqqında

Kənd təsərrüfatlarında yazlıq bitkilərin kütləvi əkini başa çatmışdır. 1 iyun 2026-cı il tarixinə əkinlərin yekununa dair qəti hesabata əsasən 52384,9 hektar sahədə payızlıq və yazlıq bitkiləri salamat qalmışdır ki, bunun da 48283,4 hektarı və ya 92,2 faizi əhali və fərdi sahibkarlar üzrə, 4101,5 hektar və ya 7,8 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür.

Ümumi əkin sahəsinin 22684,5 hektarına (43,3 faiz) çoxillik otlar, 14432,6 hektarına (27,6 faiz) dənli və dənli paxlalılar, 11949,8 hektarına (22,8 faiz) texniki bitkilər, 2175,0 hektarına (4,2 faiz) bostan, 701,0 hektarına (1,3 faiz) tərəvəz, 442,0 hektarına (0,8 faiz) isə kartof əkilmişdir.

Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.