Ərazi və əhali
Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 95,0 nəfərə bərabərdir. Rayonda 1 şəhər və 35 kənd inzibati ərazi dairəsi mövcuddur.
İlkin məlumata əsasən 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə rayonun əhalisi 112047 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,3 min nəfəri və ya 18,1 faizi şəhər yerlərində, 91,7 min nəfəri və ya 81,9 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.
Əhalinin 21,8 faizini 0-14 yaşda, 69,6 faizini 15-64 yaşda, 8,6 faizini isə 65 və yuxarı yaşda olanlar təşkil edir. 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsinə əsasən əhalinin 88,9 faizini azərbaycanlılar, 11,1 faizini isə digər millətlər təşkil edir.
Makroiqtisadi göstəricilər
2026-cı ilin yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,5 faiz artaraq 352365,2 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 47,7 faiz, sənaye sahəsi üzrə 3,3 faiz, ticarət: nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 0,8 faiz artmış, informasiya və rabitə sahəsi üzrə 8,4 faiz, tikinti sahəsi üzrə isə 2,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə isə 1,3 faiz azalmışdır.
Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi müqayisəli qiymətlərlə 1,4 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə yük daşınması 5,7 faiz, nəqliyyat sektorunda fiziki şəxslər üzrə sərnişin daşınması 6,9 faiz çox, əsas kapitala yönəldilmiş investisiyalar isə 28,6 faiz az olmuşdur. 2026-cı ilin yanvar-avqust ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 674,5 manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 manat və ya 3,9 faiz çox olmuşdur.
Sənaye
2026-cı ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 50899,6 min manatlıq və ya 2025-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 84,1 faizi sənaye məhsulları, 15,9 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
Sənaye məhsulunun 84,1 faizi emal sektorunda, 14,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Ümumi istehsalda qeyri-dövlət sektoru 63,4 faiz, dövlət sektoru isə 36,6 faiz təşkil etmişdir.
1 oktyabr 2026-cı il tarixinə sənaye müəssisələrinin anbarlarında 5697,9 min manatlıq hazır məhsul qalığı olmuşdur.
Mal və xidmətlərin 43769,7 min manat və ya 86,0 faizi hüquqi şəxslər, 7129,9 min manat və ya 14,0 faizi isə fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən istehsal olunmuşdur.
Sənaye istehsalçıları tərəfindən yanvar-sentyabr ayları ərzində 12478,2 ton pambıq mahlıcı, 16416,2 ton pambıq çiyidi, 316,8 ton pambıq tiftiyi (linti), 117,3 ton pambıq ulyuku, 616,5 ton biyan kipi istehsal olunmuşdur.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində müəssisələr tərəfindən istehsal olunmuş məhsulların miqdarı və əvvəlki ilin müvafiq dövrü ilə müqayisəsi aşağıdakı cədvəldə göstərilmişdir.
Kənd təsərrüfatı
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2026-ci ilin 9-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 196706,1 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3 faiz az olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 117433,6 min manatı, və ya 59,7 faizi bitkiçilik məhsullarının, 79272,5 min manatı və ya 40,3 faizi isə heyvandarlıq məhsullarının payına düşmüşdür.
Bitkiçilik: 2026-cı ilin məhsulu üçün əkilmiş 52434,9 hektar sahədə payızlıq və yazlıq bitkiləri salamat qalmışdır ki, bunun da 48283,4 hektarı və ya 92,1 faizi əhali və fərdi sahibkarlar üzrə, 4151,5 hektar və ya 7,9 faizi kənd təsərrüfatı müəssisələrinin payına düşür.
Ümumi əkin sahəsinin 22684,5 hektarına (43,3 faiz) çoxillik otlar, 14432,6 hektarına (27,5 faiz) dənli və dənli paxlalılar, 11949,8 hektarına (22,8 faiz) texniki bitkilər, 2175,0 hektarına (4,2 faiz) bostan, 751,0 hektarına (1,4 faiz) tərəvəz, 442,0 hektarına (0,8 faiz) isə kartof əkilmişdir. Sahələrdən məhsul yığımı davam edir. 1 oktyabr 2026-cı il tarixinə 14122,9 hektar sahədə taxıl məhsulu biçilmiş, həmin sahədən 56745,4 ton məhsul toplanmışdır kı, bu da hər hektardan 40,2 sentner məhsul deməkdir.
Əkilmiş 168,1 hektar sahədən 1218,7 ton və ya hər hektardan 72,5 sentner dən üçün qarğıdalı, 126,6 hektar sahədən 413,4 ton və ya hər hektardan 30,6 sentner darı məhsulu, 6,5 hektar sahədən 24,3 ton və ya hər hektardan 37,4 sentner lobya məhsulu, 1 hektar sahədən 5,9 ton və ya hər hektardan 59,0 sentner dən üçün günəbaxan, 442,0 hektar sahədən 8879,8 ton və ya hər hektardan 200,9 sentner kartof, 751,0 hektar sahədən 22129,9 ton və ya hər hektardan 294,7 sentner tərəvəz, 2175,0 hektar sahədən 79104,5 ton və ya hər hektardan 363,7 sentner bostan, 3289,5 hektar sahədən 6337,7 ton və ya 19,3 sentner meyvə və giləmeyvə, 22684,5 hektar sahədən 178048,8 ton və ya hər hektardan 78,5 sentner çoxillik otlar və 90,0 ton üzüm məhsulu toplanmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər hektardan 11,9 sentner dən üçün qarğıdalı, 0,8 sentner darı, 1,0 sentner lobya, 2,0 sentner dən üçün günəbaxan, 0,1 sentner kartof, 5,6 sentner tərəvəz, 16,4 sentner bostan, 0,5 sentner meyvə və giləmeyvə, 0,9 sentner çoxillik otlar məhsulu çox toplanmışdır.
Rayonda pambıq tədarükü davam edir. 01 oktyabr 2026-cı il tarixinə əkilmiş 11939,0 hektar sahədən 3956,3 ton xam pambıq tədarük edilmişdir ki, bu da respublika üzrə pambıq tədarükündə ən yaxşı göstəricilərdən biridir. Sahələrdə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Heyvandarlıq: 2026-cı ilin oktyabr ayının 1-i vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 70986 baş, o cümlədən, inək və camışların sayı 34617 baş, qoyun və keçilərin sayı 114260 baş olmuşdur. 2025-ci ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın sayı 1081 baş artmış, qoyun və keçilərin sayı isə 2157 baş azalmışdır.
İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 975 baş artmışdır.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2026-cı ilin oktyabr ayının 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 3374 baş, o cümlədən, inək və camışların sayı 2091 baş, qoyun və keçilərin sayı isə 4526 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 652 baş, o cümlədən, inək və camışların sayı 651 baş artmış, qoyun və keçilərin sayı isə 3720 baş azalmışdır.
Heyvandarlıq sahəsində 18 kənd təsərrüfatı müəssisəsi fəaliyyət göstərir.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində ət istehsalı (diri çəkidə) 5951,5 ton, süd istehsalı 32404,1 ton, yumurta istehsalı 11500,0 min ədəd, yun istehsalı 240,0 ton, barama istehsalı isə 0,2 ton olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 ton ət, 2,0 ton süd, 82,0 min ədəd yumurta, 3,0 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 ton az olmuşdur.
Tikinti
2026-сı ilin yanvar-sentyabr ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 6621,1 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz az olmuşdur. Görülmüş tikinti işlərinin 5370,8 min manatını və ya 81,1 faizini inşa, yenidənqurma və bərpa işləri, 1250,3 min manatını və ya 18,9 faizini cari təmir işləri təşkil etmişdir.
2026-сı ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 5846,2 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,6 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 4707,2 min manatı və ya 80,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. İstifadə olunan investisiyanın 1537,1 min manatı və ya 26,3 faizi dövlət vəsaiti, 4309,1 min manatı və ya 73,7 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 22338,5 kv.m olan fərdi yaşayış evləri istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 414,5 kv.m və ya 1,8 faiz az olmuşdur.
Nəqliyyat
2026-сı ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən istehsal olunmuş və göstərilmiş xidmətlərin həcmi 7884,6 min manat olmuş və ötən ilin müvafiq dövrünə nisbətən 2801,6 min manat və ya müqayisəli qiymətlərlə 47,7 faiz artmışdır. Məhsul buraxılışının 4913,3 min manatı hüquqi şəxslərin, 2971,3 min manatı isə fiziki şəxslərin payına düşür. 2026-сı ilin yanvar-sentyabr ayları ərzində avtomobil nəqliyyatı ilə 5785,0 min sərnişin, 447,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 375,0 min və ya 6,9 faiz çox sərnişin, 24,0 min ton və ya 5,7 faiz çox yük daşınmışdır.
Rabitə
2026-сı ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 1554,4 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 112,4 min manat və ya müqayisəli qiymətlərlə 8,4 faiz az olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 1400,4 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59,4 min manat az xidmətlər göstərilmişdir.
Pərakəndə ticarət dövriyyəsi
2026-сı ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 271252,0 min manat olmuşdur ki, bunun da 20118,4 min manatı və ya 7,4 faizi hüquqi şəxslərin, 251133,6 min manatı və ya 92,6 faizi fərdi sahibkarlar, bazar və yarmarkaların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15836,0 min manat və ya müqayisəli qiymətlərlə 0,5 faiz çox olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin 140508,0 min manatı və yaxud 51,8 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 130744,0 min manatı və yaxud 48,2 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 100,0 faizi özəl sektorun hesabına formalaşmışdır. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 25230,0 min manat olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlər
2026-сı ilin yanvar-sentyabr ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 34347,0 min manat olmuş və onun 9304,8 min manatı və ya 27,1 faizi hüquqi şəxslərin, 25042,2 min manatı və ya 72,9 faizi isə fərdi sahibkarların payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2247,0 min manat və ya müqayisəli qiymətlərlə 1,4 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 4410,0 min manatı məişət xidməti olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1336,0 min manat və ya müqayisəli qiymətlərlə 1,3 faiz çox olmuşdur.
2026-сı ilin yanvar-sentyabr ayları ərzində iaşə dövriyyəsinin həcmi 5978,0 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 533,0 min manat və ya müqayisəli qiymətlərlə 2,1 faiz çox olmuşdur.
Əmək bazarı
Cari ilin yanvar-sentyabr ayları ərzində 21 yeni iş yeri açılmışdır ki, onların 12-si yeni yaradılmış hüquqi şəxslərin, 4-ü mövcud hüquqi şəxslərin, 5-i isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin payına düşür.
2026-cı ilin oktyabr ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8187 nəfər və ya əvvəlki ilin eyni dövrünə nisbətən 141 nəfər az olmuşdur. Muzdla çalışan işçilərin 5202 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2985 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 34,4 faizi təhsil, 25,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 16,0 faizi sənaye, 6,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2,0 faizi tikinti, 1,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,5 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,2 faizi isə digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində olmuşdur.
2026-cı ilin yanvar-avqust aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artaraq 674,5 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə; sosial təminat və digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Daha ətraflı statistik məlumatlar faylını buradan yükləyə bilərsiniz.