Ümumi

Saatlı rayonunda 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib

Saatlı rayonunda 20 Yanvar şəhidləri böyük ehtiramla yad edilib

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Şəhidlər Abidə-Xatirə kompleksi”nin qarşısında mərasim keçirilmişdir.

RİHB aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, din xadimləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.

Saat 12:00-da rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillər vasitəsilə səs siqnalları verilib.