Cəmiyyət

Saatlı rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib

Saatlı rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib

Saatlı rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələri üzvlərinin, müharibə əlilləri, müharibə iştirakçılarının, ağsaqqallar, gənclər və rayon ictimaiyyətinin iştirakı ilə rayonun Şəhidlər Abidə-Xatirə Kompleksi ziyarət olunmuş, 20 Yanvar şəhidlərinin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş həmvətənlilərimizin əziz xatirəsi ehtiramla yad edilmiş, ruhlarına dualar oxunmuş, abidə önünə gül dəstələri düzülmüşdür.

Saat 12:00-da ümumrayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.

Bildiririk ki, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun şəhər və kəndlərində asılmış Azərbaycan Respublikasının Dövlət Bayrağı yarıya qədər endirilmişdir.