Cəmiyyət

Saatlı rayonunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" ərəfəsində şəhid anaları üçün iftar süfrəsi təşkil olunub

Saatlı rayonunda

Saatlı rayonunda "8 Mart - Beynəlxalq Qadınlar Günü" ərəfəsində şəhid anaları üçün iftar süfrəsi təşkil olunub.

Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid anaları iştirak ediblər.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iftar süfrəsində iştirak edən şəhid analarını "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə səmimi qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırıb və bayram münasibətilə hədiyyələr təqdim olunub.

Görüş zamanı şəhid anaları ilə səmimi söhbət aparılıb, onların övladlarının əziz xatirəsi ehtiramla yad olunub.