Cəmiyyət

Saatlı Rayonunda Gənclər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Saatlı Rayonunda Gənclər Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

27 Yanvar 2025-ci il tarixdə Saatlı Gənclər evi sosial xidmət müəssisəsində Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, eyni zamanda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin tərəfdaşlığı ilə “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş tədbir keçirildi.

Öncə tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev meydanında yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə öz ehtiramlarını bildiriblər.

Daha sonra Gənclər evi sosial xidmət müəsissəsinin foyesində gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.

Tədbirin rəsmi hissəsi torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva tədbir iştirakçılarını və gəncləri salamlayaraq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindən biri olduğunu, aparılan işlərin gənclərin maraqlarının və ahəngdar inkişafının təmin olunmasına yönəldiyini, onların təşkilatlanmasında və ictimai-siyasi fəallığının artmasında əhəmiyyətli rol oynadığını vurğulayaraq, gənclərin yeni dövrdə ölkəmizin gələcək inkişafına töhvələr verəcəyinə əminliyini bildirdi. Çıxışının sonunda M.Ağayeva gəncləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Daha sonra çıxış edən Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev bu əlamətdar tarixi günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq, məhz onun təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının, ölkədə ilk dəfə gənclərə böyük kürsüdən çıxış imkanı verən Gənclər Formunun keçirilməsinin, 2 Fevral-Gənclər Gününün təsis edilməsinin Ulu Öndər tərəfindən gənclərə olan diqqətinin bariz nümunəsi olduğunu, dövlətin və dövlət başçısının hər zaman gənclərin yanında olduğunu, onlara böyük etimad göstərdiyi kimi gənclərində hər zaman ölkə başçısı cənab İlham Əliyevin yanında olaraq istər xarici, istərsə də daxili siyasətini dəstəklədiklərini bildirərək gənclərə öz təbrik və təşəkkürlərini çatdırdı.

Tədbirdə rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən bir qrup gənc Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanlarla təltif olundu.

Bədii hissə ilə davam edən tədbirdə rayonun mədəniyyət müəsssisələrinin əməkdaşları və Bülbül adına Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri bir -birindən maraqlı musiqili nömrələri ilə çıxış ediblər.