Bu ilin əvvəlinə Saatlı rayonunda 9339 avtomobil qeydə alınıb. Onlardan 5896-sı texniki baxışdan keçib. Mövcud nəqliyyat vasitələrindən 208-i hüquqi şəxslərin, 9131 ədədi fiziki şəxslərin mülkiyyətin də olmaqla, 8065 ədədi minik, 1108 ədədi yük, 49 ədədi xüsusi təyinatlı, 83 ədədi sərnişin avtobusu, qalanı isə digər növ nəqliyyat vasitələridir.
Saatlı Rayon Statistika İdarəsindən verilən məlumat görə, rayonda olan minik avtomobillərindən 5057 ədədi MDB istehsalı, 3008 ədədi isə digər xarici ölkə istehsalı olan avtomobillərdir. Minik avtomobillərinin istifadə etdiyi yanacağın növlərinə nəzər saldıqda onlardan 7520 ədədi benzin, 484 ədədi dizel, 61 ədədi isə qaz sərfiyyatlı nəqliyyat vasitələri növünə aiddir.
Rayonda istismarda olan avtomobillərin 8568 ədədinin və ya 91,7 faizinin buraxılış ili 10 ildən çoxdur. Bu ilin əvvəlinə rayonda müxtəlif markadan olan avtonəqliyyat vasitələrinin ümumi sayında 696 ədəd artım qeydə alınıb. Hazırda rayonda hər min nəfərə 731 minik avtomobili düşür.