Ümumi

Saatlı rayonunda iftar süfrəsi təşkil olundu

Saatlı rayonunda iftar süfrəsi təşkil olundu

Türkiyə Respublikasının Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Azərbaycan filialı tərəfindən Saatlı rayonunun “Xəyal” sarayında Şəhid ailələri, Vətən Müharibəsi qaziləri və rayon sakinləri üçün iftar süfrəsi təşkil olunmuşdur.

İftar süfrəsində Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Millət vəkilləri Əhliman Əmiraslanov, Ramin Məmmədov, MÜSİAD Azərbaycan üzvləri və rayonun bir sıra ictimai təşkilat, müəssisə rəhbərləri daxil olmaqla 600 nəfərdən çox şəxs iştirak edirdi. Tədbir iştirakçıları əvvəlcə Saatlı rayonunda müharibə şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edərək, şəhidlərimizin xatirəsi yad edilib.

Tədbirin sonunda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov rayonun bir qrup ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərlə görüşərək, onların fikir və təkliflərini dinləmişdir.