Cəmiyyət

Saatlı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

Saatlı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 18-27 oktyabr tarixlərində Saatlı şəhərinin mərkəzi yol kənarında, həmçinin rayon ərazisindən keçən magistral yol ətrafında və əvvəlcədən münbit vəziyyətə gətirilmiş digər boş torpaq sahələrində növbəti ağacəkmə aksiyası həyata keçirilir. Aksiyada 11200 müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur.

Aksiyanın keçirilməsində məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, rayonda ekoloji tarazlığın qorunması, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunmasından ibarətdir.

19 oktyabr 2024-cü il tarixdə isə keçirilən ağacəkmə aksiyasında Saatlı şəhərinin Heydər Əliyev prospekti boyunca yol ətrafında olan boş torpaq sahələrinə 1160 ədəd ağac əkilib, suvarılma tədbirləri görülüb və ərazidəki digər ağaclara aqrotexniki qulluq göstərilib.

Saatlı rayonunda 18 oktyabr tarixində keçirilən növbəti ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının, rayon icra hakimiyyətinin, rayonun idarə və təşkilatlarının məsul əməkdaşları və işçiləri, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.