Cəmiyyət

Saatlı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

Saatlı rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

24 oktyabr 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisindən keçən magistral avtomobil yolunun ətrafında növbəti ağacəkmə aksiyası həyata keçirilmişdir. Aksiyada 3450 ədəd müxtəlif növ ağac əkilərək suvarılma tədbirləri görülmüş və ərazidəki digər ağaclara aqrotexniki qulluq göstərilmişdir.

24 oktyabr tarixində keçirilən növbəti ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov, Rayon Polis şöbəsinin, rayon icra hakimiyyətinin, YAP Saatlı rayon təşkilatının, rayonun idarə və təşkilatlarının məsul əməkdaşları və işçiləri, könüllü gənclər və ictimaiyyət nümayəndələri olmaqla 500 nəfər iştirak edib.