Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Qan Bankı" Publik Hüquqi Şəxsi tərəfindən Saatlı rayonunda növbəti qanvermə aksiyası keçirilib.
Tədbirin əsas məqsədi talassemiya, hemofiliya və digər ağır qan xəstəliklərindən əziyyət çəkən şəxslərin, eləcə də təcili cərrahi müdaxiləyə ehtiyacı olan xəstələrin sağlamlığının qorunmasına dəstək olmaq və onların həyatını xilas etməkdir.
Qanvermə aksiyasında Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, idarə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailəsi üzvləri, kənd icra nümayəndələri və rayon ictimaiyyətinin üzvləri iştirak etmişdir.
Ötən illərdə olduğu kimi bu il də rayonda keçirilən qanvermə aksiyasında ümumi fəallıq müşahidə olunub.
Unutmayaq ki, verilən hər bir damla qan insan həyatının qorunmasına xidmət edən əvəzsiz töhfədir.