Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Milli Hematologiya və Transfuziologiya Mərkəzi" tərəfindən Saatlı Rayon Mərkəzi Xəstəxanasında talassemiyadan əziyyət çəkən uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirilib.
Hər il olduğu kimi, rayonun idarə, müəssisə və təşkilatları, eyni zamanda rayon sakinləri donorluq aksiyasında fəal iştirak etmişlər.