Ümumi

Saatlı rayonunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi

Saatlı rayonunda “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi

Saatlı Rayon İcra Hakimiyyətinin və Saatlı Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” çərçivəsində torpaqalarımızın bütövlüyü uğrunda, müstəqil dövlətimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri olan qəhrəmanlarımızın tanıdılması, xatirələrinin yad edilməsi məqsədilə Azərbaycanın Milli Qəhrəmanı Elşən Hüseynova həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Qəhrəmanın qardaşı Natiq Hüseynov, digər ailə üzvləri, şəhid ailələri, ziyalılar, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib.

Açılış nitqi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Elşən Hüseynov kimi qəhrəmanlarımızın göstərdiyi şücaət və vətənpərvərliyin Azərbaycan gəncliyi üçün əsl örnək olduğunu, onların fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün müstəqil, suveren ölkədə yaşadığımızı, üçrəngli bayrağımızın bütün ölkə ərazisində dalğalandığını qeyd edib. 1992-1993-cü illərin ölkəmiz üçün çətin bir siyasi dövrə təsadüf etdiyini, iqtisadi-siyasi böhran, hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələrin ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoyduğunu, hər zaman ürəyi xalqı ilə döyünən Ulu Öndər Heydər Əliyevin xalqın çağırışlarına səssiz qalmadığını və Bakıya gəldiyini, ölkəni bəlalardan, müsibətlərdən xilas etdiyini, həmçinin Ulu Öndərin siyasi kursuna sadiq qalaraq uğurlu daxili və xarici siyasət yeridən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü, xalqımızın birliyi sayəsində qazanılan qələbədən geniş söz açaraq, igid oğullarımızın göstərdiyi qəhrəmanlıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, Milli Qəhrəmanın qardaşı Natiq Hüseynov və bacısı Zülfiyyə Əzimova şəhidlərimiz fədakarlığı ilə hazırda dədə-baba torpaqlarımıza başı uca qayıtdığmızı, onların düşmənə qarşı döyüş meydanında cəsarətlə vuruşaraq tarix yazdığını qeyd edərək, gənclərimizin bu nümunələrdən bəhrələnməsi gərəkdiyini, döyüşün təkcə silahla döyüşmək deyil, elmə, biliyə, mədəniyyətə və insanlığa sahib çıxmaq olduğunu bildiriblər.

Çıxışlardan sonra məktəblilərin hazırladığı “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan” adllı ədəbi-bədii kompozisiya təqdim edilib. Sonra Milli Qəhrəman Elşən Hüseynova həsr olunmuş sənədli film nümayiş etdirilib.