
Saatlı Dövlət Rəsm Qalereyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan “Qurtuluşla Başlayan Yeni Tariximiz” adlı sərgi keçirildi. Bu dəfə qalereyanın divarları yalnız rəsm əsərləri ilə deyil, eyni zamanda, balaca əllərin vətənə, azadlığa və tarixə duyduğu sevgi ilə işıqlandı.
Sərgidə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, eyni zamanda müxtəlif idarə və təşkilat rəhbərləri, ziyalılar, valideynlər və ən başlıcası - gələcəyin rəssamları iştirak etdilər. Uşaqların əl işləri təkcə estetik baxımdan deyil, həm də ideya yükü ilə seçilirdi. Rəsm əsərlərində Ulu Öndər Heydər Əliyevin xalqı xilas edən lider obrazı, 1993-cü il 15 İyun - Qurtuluş Gününün əhəmiyyəti, Azərbaycanın suverenlik yolu vizual dildə öz əksini tapmışdı. Həmçinin sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin mühüm dövrlərini əks etdirən fotoşəkillər də nümayiş olunmuşdur.