Cəmiyyət

Saatlı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyası keçirilmişdir

Saatlı rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təmizlik aksiyası keçirilmişdir

Saatlı rayonunda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq genişmiqyaslı təmizlik aksiyası keçirilmişdir.

Aksiyada Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, rayon icra hakimiyyəti başçısı aparatının və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyə üzvləri, idarə və təşkilatların nümayəndələri, həmçinin rayonun fəal könüllü gəncləri iştirak etmişlər.

Keçirilən aksiya çərçivəsində Saatlı şəhərinin Heydər Əliyev prospekti boyunca magistral avtomobil yolunun və bir sıra mərkəzi küçələrin kənarları məişət tullantılarından və alaq otlarından təmizlənmiş, ətraf mühitin mühafizəsi və abadlıq işlərinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Eyni zamanda drenaj kanallar tullantı və lillərdən təmizlənərək ərazidə sanitariya vəziyyətinin yaxşılaşdırılması təmin olunmuşdur.

Aksiya zamanı ərazilərin təmiz saxlanılması, ətraf mühitin qorunması və abadlıq işlərinin davamlı təşkili ilə bağlı iştirakçılar arasında maarifləndirici söhbətlər aparılmış, vətəndaşlara məişət tullantılarının düzgün idarə olunmasının vacibliyi bir daha xatırladılmışdır.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində belə aksiyaların il ərzində mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur.