“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planı”na uyğun olaraq Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər evi sosial xidmət müəssisəsində gənclərin sərbəst mövzularda çəkdikləri foto və rəsmlərindən ibarət əl işləri sərgilənmişdir. Sərgilənən rəsmlər daha çox təbiət, vətən mövzularında olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak etmişdir.
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov nümayiş olunan rəsmlərə baxış keçirdikdən sonra əl işlərini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıb. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin sərgidə təqdim olunan işlər üzrə müsabiqə elan olunmaqla qiymətləndirmə aparılacağı və qaliblərin 24 dekabr 2023-cü il tarixdə rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla və hədiyyələrlə mükafatlandırılacağını bildirib.