
Saatlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi, rəis müavinləri və əməkdaşları iştirak edib.
Əvvəlcə Ulu Öndərin Heydər Əliyev meydanında yerləşən abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov su ehtiyatlarının qorunması, torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatının inkişafında dayanıqlı su təminatının yaradılması kimi son dərəcə vacib və məsuliyyətli vəzifələri yerinə yetirən melioratorların əməyini yüksək qiymətləndirdiyini, onların fədakar əməyi sayəsində ölkəmizdə minlərlə hektar torpaq sahələrinin suvarıldığını, kəndlərə həyat verildiyini, təbiətə və insanlara xidmət edən mühüm infrastruktur qurulduğunu bildirərək, onları peşə bayramı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra rayon icra hakimiyyətinin başçısı tərəfindən xidməti fəaliyyətində fərqləndiyinə görə bir qrup işçiyə fəxri fərmanlar təqdim edilib.