Cəmiyyət

Saatlı rayonunda “Şuşa ili” ilə əlaqədar mədəni-kütləvi tədbir keçirilmişdir

Saatlı rayonunda “Şuşa ili” ilə əlaqədar mədəni-kütləvi tədbir keçirilmişdir

Saatlı rayonunda “Şuşa ili” ilə əlaqədar mədəni-kütləvi tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Elmir Bağırov, hüquq mühafizə oraqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, həmçinin rayonun idarə, müəssisə təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. İlk öncə tədbirdə Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin geniş sərgisi izlənilmişdir.

Saatlı rayon İcra Hakimiyyəti başçsı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və şəhid anası Vüsalə Tağıyeva tədbirdə çıxış etmişdilər. Daha sonra tədbir bədii hissə ilə davam etmişdir. Bədii hissədə bir-birindən maraqlı rəqslər, kompozisiyalar və musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.