Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə veloyürüş keçirilmişdir.
Saatlı Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Mil-Muğan Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə təşkil olunan veloyürüşdə rayonun gəncləri və idman həvəskarları fəal iştirak ediblər.
Veloyürüş iştirakçıları əvvəlcədən müəyyən edilmiş marşrut üzrə hərəkət edərək fəallıq nümayiş etdirmişlər. Tədbir boyu təhlükəsizlik qaydalarına riayət olunmuş, iştirakçılar arasında yüksək nizam-intizam və təşkilatçılıq müşahidə edilmişdir.
Keçirilən veloyürüşün əsas məqsədi ideoloji konsepsiyaya uyğun olaraq gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad olunması olmuşdur.