Ümumi

Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılmışdır

Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla anılmışdır

Saatlı rayonunda Ulu Öndər Heydər Əliyevin anım gününün 19-cu ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin iştirakı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha  sonra rayon İcra Hakimiyyətinin akt zalında rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, rayon Ağsaqqallar şurasının sədri Sədafər Hüseynov və başqaları Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığı haqqında fikirlərini bildirmişlər.