Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar rayon tədbiri keçirilmişdir.
Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.