“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 18 oktyabr 2024-cü il tarixdə Saatlı rayonunda ağacəkmə aksiyasına start verilmişdir. Aksiya 18-27 oktyabr tarixlərini əhatə edəcəkdir. Aksiya müddətində ümumillikdə 11200 ədəd müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulur.
18 oktyabr 2024-cü il tarixdə keçirilən ağacəkmə aksiyasında Saatlı rayonunun magistral yol ətraflarına 650 ədəd ağac əkilib, suvarılma tədbirləri görülüb və ərazidəki digər ağaclara aqrotexniki qulluq göstərilib.