Cəmiyyət

Saatlı rayonunda ziyalı qadınların iştirakı ilə tədbir təşkil olundu

Saatlı rayonunda ziyalı qadınların iştirakı ilə tədbir təşkil olundu

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edəcək ictimai fəallığı ilə seçilən yerli qadın nümayəndələrin müəyyən edilməsi, yerli problemin və təkliflərin hazırlanması məqsədilə Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gender məsələləri hüquqi müstəvidə", "Qadın hüquqlarının həyata keçirilməsinə çağırışlar", "Qadınların ictimai fəallığının təmin olunması" kimi mövzularda rayonun ziyalı qadınlarının iştirakı ilə tədbir təşkil olundu.

Tədbirdə mövzular ətrafında fəal müzakirələr aparıldı, qaldırılan təklif və problemlər dinlənildi.