“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.
İB-dən bildirilib ki, bu dəfə səyyar qəbul otağı Saatlı rayonu, Naharlı kəndində təşkil olunacaq. Fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.