Cəmiyyət

Saatlı sakinlərinin qaz təchizatına dair müraciətləri qeydə alınıb

Saatlı sakinlərinin qaz təchizatına dair müraciətləri qeydə alınıb

“Azəriqaz” İB-nin səyyar qəbul otağının növbəti ünvanı Saatlı rayonu olub.

İB-dən bildirilib ki, ümumilikdə 15 müraciətin səsləndiyi aksiyada ilk olaraq Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev çıxış edərək sakinləri dinləməyə hazır olduqlarını deyib. Sakinlər Mollavazlı kəndinin qazlaşdırılmasını xahiş ediblər. Nərimankənd və Dəlilər kəndinin sakinləri də kəndlərinin mavi yanacaqla təmin edilməsini istəyiblər.

Hər bir müraciət “Azəriqaz”ın Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.