Sakinlərin qəbulu

Saatlı şəhərində səyyar qəbul-görüş keçirildi

Saatlı şəhərində səyyar qəbul-görüş keçirildi

Saatlı rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov Saatlı şəhər sakinləri ilə görüşüb.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Daha sonra Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov çıxış edərək şəhər sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Saatlı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.

Səyyar görüş-qəbulda çıxış edən şəhər sakinləri şəhərin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.