Saatlıda cari ilin məhsulu üçün yazlıq bitkilərin əkininə başlanılıb.
Rayonun Statistika İdarəsindən bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1086 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da ötən illə müqayisədə 182 hektar çoxdur. Əkin aparılmış sahələrin 823 hektarını yonca, 220 hektarını kartof, 43 hektarını isə tərəvəz bitkisi təşkil edir.
Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 13 min 277 hektar sahədə pambıq əkilməsi üçün şum aparılıb.