Saatlıda təsərrüfatın digər sahələri ilə yanaşı, arıçılığın inkişafına da xüsusi diqqət yetirilir. Arıçılıq gəlirli sahə olduğundan və dövlətin hər arı ailəsinə subsidiya verməsi rayonda bu sahə ilə məşğul olan təsərrüfat sahiblərinin artması ilə nəticələnib.
Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 89 arıçılıq təsərrüfatında 1172 arı ailəsi saxlanılır. Ötən il bu arı ailəsinin hər birindən 12-15 kiloqram bal məhsulu götürməklə 16 ton 500 kiloqram məhsul olunub. Saxlanılan hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya ödənilib. Arıçılar arasında ən yüksək nəticə isə Saatlı şəhər sakini Ehtiram Məmmədova məxsusdur. O, bəslədiyi 145 arı ailəsinin hər birindən 15 kiloqram bal götürməklə 2 ton 175 kiloqram məhsul əldə edib.