Cəmiyyət

Saatlıda dini fanatizm və radikalizm mövzusunda müzakirələr aparılıb

Saatlıda dini fanatizm və radikalizm mövzusunda müzakirələr aparılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidmətinin Saatlı rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.

Komitənin saytına istinadla bildiririk ki, tədbirdə çıxış edənlər dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar və təhlükələri haqqında ətraflı məlumat veriblər.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. O da vurğulanıb ki, respublikamızda ictimai-siyasi və dini sabitlik hökm sürür.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.