Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində 15 Aprel - Dünya İncəsənət Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə və təşkilatların nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş sərgiyə baxış keçirilib. Sərgidə “Şuşa İli” ilə əlaqədar materiallar, incəsənətlə bağlı nəşrlər və incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq növləri üzrə hazırlanmış guşələr təqdim olunub.
Sonra tədbir Mədəniyyət Mərkəzinin zalında bədii hissə ilə davam edib. Dünya İncəsənət Günü ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, Dünya İncəsənət Günü barədə maraqlı faktlar səsləndirib. Xüsusi olaraq vurğulanıb ki, Dünya İncəsənət Günü kimi qeyd olunması yaradıcı insanlarla cəmiyyət arasında bağların möhkəmləndirlməsinə xidmət edir.
Daha sonra musiqiçilərin, ifaçıların bir-birindən maraqlı çıxışları, ayrı-ayrı folklor kollektivlərinin rəqsləri təqdim edilib.