Keçən il Saatlı rayonunda bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyon 510,6 min manat investisiya yönəldilib.
Saatlı Rayon Statistika İdarəsindən verilən məlumat görə, əsas kapitala yönəldilmiş investisiyanın 3 milyon 008,8 min manatı, yəni 17,2 faizi dövlət, 14 milyon 501,8 min manatı, yaxud 82,8 faizi qeyri-dövlət mülkiyyətinə aiddir.
Əsas kapitala yönəldilən investisiyanın 17 milyon 018,8 min manatını (97,2 faizini) tikinti-quraşdırma işləri təşkil edib. Bu göstərici 2020-ci illə müqayisədə 20,2 min manat və ya 0,1 faiz azalıb.
Podratçı təşkilatlar tərəfindən (fiziki şəxslər daxil edilməklə) 3 milyon 168,1 min manatlıq tikinti-quraşdırma işləri görülüb ki, bu da bir il əvvəlki göstəricidən 4,9 faiz, yəni 163,6 min manat az olub.