Ümumi

Saatlıda əsas kapitala yönələn investisiyanın həcmi 39,1 faiz artıb

Saatlıda əsas kapitala yönələn investisiyanın həcmi 39,1 faiz artıb

Saatlıda 2022-сi ilin yanvar-mart aylarında rayonun 5 tikinti təşkilatı və fiziki şəxslər tərəfindən 337,9 min manat həcmində təmir-tikinti işləri yerinə yetirilib.

Rayon Statistika İdarəsindən verilən məlumata görə, müəssisələr və fərdi sahibkarlar üzrə yerinə yetirilən 337,9 min manat həcmində işlərin 34,3 min manatı və ya 10,2 faizini yeni tikinti, 47,0 min manatı və ya 13,9 faizi əsaslı təmir, 256,6 min manatı və ya 75,9 faizini cari təmir işləri təşkil edib. Cari ilin I rübündə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 527,0 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz çoxdur.

İstifadə olunan investisiyanın 300,0 min manat və ya 56,9 faizi dövlət vəsaiti, 227,0 min manatı və ya 43,1 faizi isə qeyri-dövlət vəsaitidir.